Qanunsuz meşə materiallarının satışına qarşı sərt mübarizə başlanıldı
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirlikləri tərəfindən 5-12 noyabr il tarixlərində respublika ərazisində meşə materiallarının qanunsuz əldə edilməsi və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilən reyd zamanı Ucar rayonu ərazisində Ucar-Zərdab magistral yolunun sol hissəsindəki tikinti materiallarının satışı bazarında və rayonun digər ərazilərində 50 m3 həcmində 4038 manat dəyərində yerli meşə cinsli ağaclardan ibarət materialın və oduncağın satıldığı aşkar olunub.
Aparılan araşdırmalar zamanı həmin oduncağın “QAZ-53” markalı avtomaşınlarla (23-BE-008, 41-BA-745, 38-92AQF, 11-BC-93, 41-BA-947, 22-97AQN, 03-11AQN dövlət nömrə nişanlı) ümumilikdə Oğuz, Qəbələ və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərindən gətirildiyi müəyyən edilib. Təbiətə vurulan 1038 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilib, qalan 3000 manatın ödənilməsi üçün zəruri tədbirlər görülür. Qanunsuz yolla əldə edilmiş yerli meşə materiallarının satış yeri ləğv edilib, nazirliyin əməkdaşları tərəfindən ərazi nəzarətə götürülüb.
Nazirlik tərəfindən yaradılmış komissiya hazırda Oğuz, Qəbələ və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırır. Araşdırmanın nəticəsindən asılı olaraq qeydə alınmış faktlarla bağlı cavabdeh şəxslərin (meşəbəyliklər üzrə meşə bəyləri, mühafizəyə cavabdeh digər şəxslər) məsuliyyəti müəyyənləşdirilərək onlar barəsində müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bundan əlavə, Lənkəran rayonu ərazisində 3 fakt üzrə 238 manat dəyərində 11,5 m3 həcmində, Masallı rayonu ərazisində 2 fakt üzrə 331 manat dəyərində 16 m3 həcmində, İsmayıllı rayonu ərazisində 2 fakt üzrə 124 manat dəyərində 6 m3 həcmində, Şəmkir rayonu ərazisində 2 fakt üzrə 165 manat dəyərində 8 m3 həcmində, Tovuz rayonu ərazisində 2 fakt üzrə 165 manat dəyərində 8 m3 həcmində, Zaqatala rayonu ərazisində 2 fakt üzrə 184 manat dəyərində 8,9 m3 həcmində, Qax rayonu ərazisində 1 fakt üzrə 82 manat dəyərində 4 m3 həcmində, Balakən rayonu ərazisində 2 fakt üzrə 207 manat dəyərində 10 m3 həcmində, Ağdaş rayonu ərazisində 2 fakt üzrə 165 manat dəyərində 8 m3 həcmində, Oğuz rayonu ərazisində 1 fakt üzrə 93 manat dəyərində 4,5 m3 həcmində, Qəbələ rayonu ərazisində 1 fakt üzrə 93 manat dəyərində 4,5 m3 həcmində, Quba rayonu ərazisində 2 fakt üzrə 396 manat dəyərində 19 m3 həcmində, Xaçmaz rayonu ərazisində 2 fakt üzrə 212 manat dəyərində 10,2 m3 həcmində, Şabran rayonu ərazisində 2 fakt üzrə 206 manat dəyərində 9,9 m3 həcmində qanunsuz oduncağın aparılması müəyyən edilərək müvafiq qaydada sənədləşdirilib. Bütün hallarda təqsirkarlar tərəfindən təbiətə dəymiş ziyanın ödənilməsi təmin olunub.
Keçirilən növbəti reyd zamanı Qəbələ rayonunda Dandıx kənd sakini Eynulla Musayev yerli meşə materialı apararkən saxlanıb və fıstıq cinsli ağacdan hazırlanmış 7 m3 həcmində meşə materialı aşkar olunaraq sənədləşdirilib. Meşə materialı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilib, təqsirkara qarşı 1394 manat 12 qəpik məbləğində iddia qaldırılıb. Araşdırma materialı tədbir görülmək üçün Qəbələ Rayon Polis Şöbəsinə təqdim edilib.
Ümumilikdə reydlər zamanı 34 fakt üzrə 8098 manat dəyərində 185,6 m3 həcmində yerli meşə materialının qanunsuz yolla əldə olunaraq daşındığı aşkar olunub. Hazırda reydlər davam etdirilir.

789