“Bizim market” müştəriləri aldadıb
13 noyabr 2010 16:56 (UTC +04:00)

“Bizim market” müştəriləri aldadıb

Bakıda “Bizim market” adı ilə fəaliyyət göstərən mağazalardan 2-də istehlakçı hüquqlarının pozulması faktı aşkarlanıb. Hər iki faktı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üzə çıxarıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, X.Məmmədov küçəsi- 1C (Xətai rayonu) və Ə.Əhmədov küçəsi-19 ünvanlarda yerləşən “Bizim market” mağazalarında yoxlama aparılıb. Yoxlama zamanı istehsalçı tərəfindən qablaşdırılaraq üzərində xalis çəkisi göstərilmiş malların ticarət obyektlərində real çəkisindən 5-10 faiz artıq göstərildiyi və satışın bu çəkiyə uyğun olaraq, aparıldığı müəyyən edilib.

Dövlət Xidməti istehlakçıları mal alarkən diqqətli olmağa, alınan mala görə ödənişin istehsalçı tərəfindən müəyyən olunmuş çəki üzrə aparılmasını tələb etməyə çağırır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar