İlham Rəhimov Tovuzda xəstəxana tikdirib - FOTO
13 noyabr 2010 15:48 (UTC +04:00)

İlham Rəhimov Tovuzda xəstəxana tikdirib - FOTO

Tovuz rayonun Cilovdarlı kəndində yeni tikilmiş tibb məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Müasir tibbi standartlara cavab verən bu müəssisəni, əslən həmin kənddən olan hüquq elmləri doktoru, professor İlham Rəhimov şəxsi vəsaiti hesabına tikdirərək, yerli əhalinin istifadəsinə verib.

Qeyd edək ki, Tibb məntəqəsi, təkcə Cilovdarlı və Qədirli kənd sakinlərinə deyil, eyni zamanda ətrafdakı Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Girzan və s. kəndlərin əhalisinə də xidmət edəcək.

Açılış mərasimində çıxış edən professor İlham Rəhimov deyib ki, bir tovuzlu olaraq ölkədə gedən böyük quruculuq işlərinə öz töhfəsini verməyi vətəndaşlıq borcu hesab edir: “Məqsədim bu idi ki, tibb məntəqəsini öz kəndimin, eləcə də böyük bir ailə kimi baxdığım yaxın kəndlərin sakinlərinə hədiyyə edim. Bu layihəni mən Yaponiyada sifariş eləmişəm. Səhiyyə nazirliyinin də nümayəndəsi gəlib baxıb çox bəyənib. Allah eləsin bu təşəbbüs, ənənəyə çevrilsin, digər iş adamları da eyni addımı atsınlar”.

İ.Rəhimov bu müəssisəni Səhiyyə Nazirliyinə təmənnasız hədiyyə etdiyini deyib.

Ümumi sahəsi 500 kv.m olan tibb məntəqəsi kompüterləşib, burada UZİ, stomatoloq, laboratoriya, peyvənd otağı, ailə həkimi, manipulyasiya otağı və s. fəaliyyət göstərir. Lazım olan bütün inventarlar alınıb, dərmanla təchiz olunub. 3 həkim olmaqla 14 nəfərlik tibbi personaj əhaliyə xidmət göstərir.

Bundan əlavə məntəqənin həyəti zövqlə səliqə-sahmana salınıb, müstəqil istilik, kanalizasiya sistemi var, həyətdə bol suyu olan artezian quyusu qazılıb, buradan kəndin 4 istiqamətinə bulaq çəkilib. Eyni zamanda həyətdə 6 dəqiqəyə dolan 20 tonluq su çəni, yanğın əleyhinə 50 tonluq su anbarı tikilib. Bina qaz və elektriklə təmin edilib, bahalı kondisionerlər quraşdırılıb, küçə asfaltlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157

Oxşar yazılar