Dəmir yolunda sərnişin sıxlığı yaranıb
13 noyabr 2010 12:41 (UTC +04:00)

Dəmir yolunda sərnişin sıxlığı yaranıb

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, qurumun Sərnişin Daşımaları Departamenti bayram müddətində rayonlara və əks istiqamətə gedən sərnişinlərin çoxalacağını nəzərə alaraq, müxtəlif istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu tədbirlər, Bakı-Qazax, Bakı-Gəncə, Bakı-Aqstafa, Bakı-Astara, Bakı-Horadiz və Bakı-Balakən istiqamətində gedən qatarlarda tətbiq olunacaq.

Nadir Əzməmmədov deyib ki, artıq daxili sərnişin qatarlarında sıxlıq özünü göstərməyə başlayıb. Belə ki, ölkənin bütün istiqamətlərinə yaxın günlər üçün biletlər artıq satılıb. Onun sözlərinə görə, bayram günlərində ölkədaxili sərnişin qatarlarına hər gün vəziyyətdən asılı olaraq, ümumilikdə 15-20, bəzən isə 25 əlavə vaqon qoşulacaq.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar noyabrın 14, 15, 16 və 17 noyabr tarixləri istirahət günləri elan edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar