Minadan zərərçəkənlərin probleminin həlli yolları öyrənilir
Bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın ayrı-ayrı regionlarında minadan zərərçəkənlərin sosial problemlərinin həlli vəziyyətinin öyrənilməsi və nəticənin dəyirmi masada müzakirəsi” adlı layihə həyata keçirilir.
Üç ay davam edəcək layihənin məqsədindən danışarkən R.Kərimoğlu bunları deyib: “Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz ölkənin mina qurbanlarının daha çox yaşadıqları regionlarda onlara göstərilən sosial xidmətin və bu sahədə mövcud olan problemlərinin həlli vəziyyətini öyrənmək və sonda əldə edilən nəticələri dəyirmi masada müzakirə etməkdən ibarətdir. AMZA-nın Tərtər, Füzuli və Ağstafa regional bölmələrinin əhatə etdiyi bir neçə rayonda mina qurbanlarının sosial problemlərinin araşdırılması üçün sorğular aparılır. Minadan zərərçəkənlərin problemlərinin həllinə cavabdeh olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının bu sahədə gördükləri işlər də öyrənilir. ”
Sonda əldə edilən nəticələrin dəyirmi masada müzakirə ediləcəyini söyləyən R.Kərimoğlu bu məqsədlə layihənin işçi heyətinin artıq regionlara səfərlər etdiyini də bildirib.

600