İş və mənzil axtaranlar üçün ələdüşməz fürsət
Vergilər Nazirliyi Şamaxı rayonu, Pirqulu Rəsədxanasının yaxınlığında yeni inşa olunmuş Tədris Mərkəzində işləmək istəyənlər üçün müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müsabiqəyə çıxarılan vəzifələr arasında təhsil işləri üzrə rəis müavinindən tutmuş kafedra müdiri, dosent, elmi işçiyədək müxtəlif iş yerləri var. Ümumilikdə 17 vakant vəzifə yeri üçün keçirilən müsabiqədə xarici dil bilən şəxslərə üstünlük veriləcək. Müsabiqəni müvəffəqiyyətlə keçərək işlə təmin olunan şəxslər Tədris Mərkəzinin ərazisində tam şəraitli mənzillərlə təmin olunacaq. Sənəd qəbulu elektron ərizə formasında noyabrın 11-dən 30-dək aparılır. Müsabiqədə iştirak etmək istəyənlər göstərilən müddət ərzində http://vroom.e-taxes.gov.az/tqdk/ ünvanına daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizədlər sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilərlər.
İnternet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman problem yarandıqda Vergilər Nazirliyinin İnzibati binasının qəbul otağına (ünvan: Bakı şəhəri L.Landau küçəsi 16. Telefon 403-87-52) müraciət etmək olar.
Müsabiqə şərtləri nazirliyin http://taxes.gov.az saytında yerləşdirilib.
Elxan SALAHOV

1304