Hava yağmursuz keçəcək
12 noyabr 2010 12:02 (UTC +04:00)

Hava yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, gün ərzində havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Gündüz 15-17, axşam 11-13 dərəcə isti olacaq.

Noyabrın 13-də hava buludlu keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Noyabrın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq.

Noyabrın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 9-11, gündüz 15-17 isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 15-20, dağlarda gecə 6-10, gündüz 14-19 dərəcə isti olacaq.

Noyabrın 14-15-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 5-8, gündüz 13-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar