Yeri güclü maqnit tufanı bürüyəcək
11 noyabr 2010 17:13 (UTC +04:00)

Yeri güclü maqnit tufanı bürüyəcək

Lent.az-ın “MIGNews”a istinadən verdiyi məlumata görə, mütəxəssislər Yer kürəsinin yaxın bir neçə gün ərzində güclü geomaqnit fırtınasının bütün əlamətlərini hiss edəcəyini bildiriblər.

Hadisə zamanı ulduz partlayışı yüksək plazma dirəyinin tullanışı və rentgen diapazonunda güclü şüa axını ilə müşayiət olunub. Yer üzündə belə tufanlar orta hesabla ilk iki sutka ərzində hiss edilir. Bu dəfə alov Günəşin uzaq sahəsində baş verib. Günəş küləyi Yerə 11-12 noyabradək çata, bu isə planetin maqnit sahəsində ciddi sapmalar doğura bilər. Bu isə o deməkdir ki, qeyd olunan tarixlərdə meteohəssas insanların səhhətində zəiflik müşahidə olunacaq.

Maqnit qasırğası zamanı orqanizmin bioritmlərinin pozulması, bədbəxt hadisələrin və travmaların sayının artması mümkündür. Belə qeyri-adi effekt mərkəzi sinir sistemində dəyişikliklərlə izah olunur, zahirən qıcıqlanmalara reaksiyaların müddəti çoxalır. Lakin bütün xəstəliklər arasında günəş aktivliyindən daha çox asılı olanlar ürək-damar xarakterli ürəyin işemik ağrısı, yüksələn və ya azalan arterial təzyiqdir. İnsanın immun sistemi maqnit qasırğalarına müxtəlif cür reaksiya verir. Onların bəzilərində xəstəliklərə müqavimətin azalması müşahidə olunursa, digərlərində güc kəskin artır, əhval-ruhiyyə yüksəlir və iş qabiliyyəti çoxalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar