121 min itə iynə vurulub - EKSKLÜZİV
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bütün ölkə ərazisində dabaq, quduzluq, brusellyoz və vərəm xəstəliyinə qarşı nəzarət tədbirlərinə başlayıb. Məqsəd mal-qara arasında yayıla biləcək infeksion xəstəliklərin qarşısını almaqdır.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent az-a bildirib ki, bütün heyvandarlıq təsərrüfatlarında mal-qaradan brusellyoza görə qan alınaraq müayinə edilir. Digər xəstəliklərə qarşı isə vaksinasiya tətbiq olunur. Onun sözlərinə görə, itlərə də quduzluğa görə iynə vurulur. Dabağa qarşı vaksinasiya isə iri və xırdabuynuzlu heyvanlara tətbiq olunur.
Yolçu Xanvəli deyib ki, hazırda epizootik plana uyğun olaraq, iribuynuzlu heyvanlar brusellyoz və vərəmə qarşı müayinə edilir. Onun sözlərinə görə, indiyədək ölkə ərazisində aparılan profilaktik tədbirlər zamanı vərəm və dabaq xəstəliyinə tutulmuş heyvana rast gəlinməyib: “Təəssüf ki, bəzi hallarda ən quduzluq xəstəliyi müşahidə olunur. Ölkə ərazisində bu xəstəliklərə qarşı mütəmadi tədbirlər görülsə də, bəzən çöl heyvanlarının hücumu nəticəsində ev heyvanlarında quduzluq xəstəliyi qeydə alınır. Ancaq Dövlət Baytarlıq Xidməti öz tədbirlərini davam etdirir ki, belə hallar olmasın”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, gələcəkdə vəhşi heyvanlar arasında da vaksinasiya tədbirləri aparılmasını nəzərdə tutan layihələr var. Onun sözlərinə görə, bu tədbirlər oral formada həyata keçiriləcək: “Yəni vaksin qatılmış qidalar vertolyot vasitəsilə meşə zolaqlarına atılacaq. Vəhşi heyvanlar bu qidaları qəbul etdikdə onlarda immunitet yaranacaq”.
Yolçu Xanvəli onu da bildirib ki, bu ilin 9 ayında ölkə ərazisində 121 min baş it vaksinasiya olunub.
Elxan SALAHOV

733