TQDK-nın nümayəndələri beynəlxalq konfransa qatılıb
TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Qiymətləndirmə proseslərinin idarə olunması: Siyasət və tədqiqat" mövzusuna həsr olunmuş konfransda Avropada təhsilin qiymətləndirilməsində mövcud olan problemlərin həllinə yolları müzakirə olunub. TQDK-nın məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev və mətbuat katibi Elnur Nağızadənin də qatıldığı tədbirdə qiymətləndirilmənin keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar və digər çox mühüm məsələlərə dair məruzələr dinlənilib.
Konfransda 20 ölkədən 100 yaxın nümayəndə iştirak edib. İştirakçılar müzakirə zamanı müxtəlif ölkələrin təhsildə qiymətləndirmə sahəsində olan nailiyyətləri haqqında həmkarları ilə bölüşərək gələcəkdə əməkdaşlığın daha geniş və çoxsahəli olmasını qərara alıblar.

614