Avtobusla gedən zəvvarlarımazın ilk qrupu Məkkəyə çatıb
11 noyabr 2010 14:06 (UTC +04:00)

Avtobusla gedən zəvvarlarımazın ilk qrupu Məkkəyə çatıb

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, noyabrın 10-da Məkkəyə təyyarə ilə gedən zəvvarlar artıq kiçik Həcc (Ümrə) ziyarətini həyata keçirməyə başlayıb, ziyarətə avtobusla gedənlər isə kiçik Həcc ziyarətinə bu gündən başlayacaqlar: “İkinci avtobus karvanı hazırda yoldadır, onlar bu gün axşam, ya da noyabrın 12-də Məkkəyə çatacaq. Azərbaycanlı zəvvarların hamısı noyabrın 14-dək Məkkədə qalacaq. Sonra isə digər zəruri ritualların yerinə yetirilməsi üçün hamılıqla Minaya yola düşəcəklər”.

R. Dadaşova zəvvarların hamısının səhhətinin yaxşı olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobusdan ibarət iki avtobus karvanı və 4 təyyarə reysi yola düşüb. Bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar