Pensiya təyinatı avtomatlaşdırılır
Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələn ildən Azərbaycanda pensiyaların mərkəzləşdirilmiş qaydada təyinatına başlayacaq.
Fonddan Lent.az-a bildiriblər ki, pensiyaların təyinatı avtomatlaşdırıldıqdan sonra ailə başçısını itirilməsinə görə və daha bir necə sənəd istisna olmaqla, pensiya təyinatı üçün sənəd istənilməyəcək. Belə ki, yeni sistemin tətbiqi nəticəsində pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək.
Fondda bildirirlər ki, bu sistem işə düşdükdən sonra insanların pensiya təyinatı üçün bəzi sənədləri toplamağa ehtiyacı qalmayacaq və pensiya təyinatı əsasən, sistemdə olan məlumatlar əsasında aparılacaq. Bunun üçün avtomatlaşdırılmış məlumat bazasında hər bir işləyənin şəxsi fərdi hesabı açılmalıdır. Pensiya hesablayan sistemə gələn ilin ortalarında artıq heç kim staj barədə məlumatı daxil etməyəcək. Bu məlumatı sistem avtomatik olaraq özü əlavə edəcək və pensiyanın məbləği avtomatik hesablanacaq.
DSMF-də deyirlər ki, gələn il Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı gözlənilir. Belə ki, “Sığorta pensiya sisteminin 2009-2015-ci illər üzrə İnkişafı Dövlət Proqramı”nda özəl pensiya fondlarının yaradılması, ilk növbədə qanunvericilik bazasının formalaşdırılması nəzərdə tutulur. Hazırda DSMF Dünya Bankı ilə birlikdə böyük bir layihə üzərində işləyir və bu layihənin elementlərindən biri məhz həmin qanunvericilik bazasının formalaşdırılmasından ibarətdir.
Elxan SALAHOV

977