Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfəri başlayır
Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cümhuriyyətinə səfərləri başlayır. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihə çərçivəsində baş tutan səfər noyabrın 10-dan 16-dək davam edəcək.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, ölkəmizin media təmsilçiləri Şimali Kipr Türk Cümhuriyyətdə ictimai-siyasi xadimlərlə, yerli jurnalistlərlə görüşlər keçirəcək, kütləvi informasiya vasitələrinin iş təcrübəsi ilə yaxından tanış olacaqlar. Səfər çərçivəsində həmçinin buradakı ali təhsil ocaqlarında jurnalistikanın tədrisi vəziyyətinin öyrənilməsinə də xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, Şuranın mövcud layihəsi çərçivəsində Azərbaycan media nümayəndələrinin Türkiyəyə də səfəri təşkil edilib.

594