“Məktəb direktorlarının heç də hamısı vəzifə məsuliyyətlərini dərk etmir”
10 noyabr 2010 13:50 (UTC +04:00)

“Məktəb direktorlarının heç də hamısı vəzifə məsuliyyətlərini dərk etmir”

“Məktəb direktorlarının heç də hamısı vəzifə məsuliyyətlərini dərk etmir”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiyədək heç bir məktəbdə kütləvi zəhərlənmə halı baş verməyib: “Bu, çox ciddi məsələdir. Məktəblərdə zəhərlənmə hallarının baş verməməsi üçün şəxsən mənim fikrim odur ki, məktəblərin bufetlərinin ərzaqla təminatı xüsusi lisenziyası olan, məsuliyyət daşıyan bir və ya bir neçə müəssisə tərəfindən həyata keçirilsin. Hər halda 4500 məktəb direktorunun məsuliyyət daşımağındansa, bir neçə ixtisaslı müəssisənin məsuliyyət daşıması, mənim fikrimcə, daha yaxşı olar”.

M. Mərdanov hesab edir ki, məktəb direktorları bufetlərinin ərzaqla təminatına nəzarət edə bilər: “Bufetə görə məsuliyyət daşımadığını deyən məktəb direktorları yalan danışırlar. Onlar bufetin işinə müdaxilə də edə, xidmətdən narazılıq da edə, lazım gələrsə, onu bağlaya da bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar