Bakıda 8 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərinin 2 rayonunu əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 8 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində
- Yaşayış sahəsi D ünvanında yerləşən “Ceyhun market”də;
- Yaşayış sahəsi V ünvanında “Halal market”, “Orxan market”də, Adil Qaytaranova və Zülfüqar Abdullayevə məxsus mağazalarda;
- Yaşayış sahəsi V, 4041-ci məhəllə ünvanında Əziz Musayevə məxsus mağazada;
Binəqədi rayonunda
- M.Cəlal küçəsi, 115 ünvanında yerləşən “Ayxan market”də;
- Azadlıq prospekti, 157 ünvanında yerləşən “Albalı market”də;
- C.Hacıbəyli küçəsi, 68 ünvanındakı “Sənan market”də;
- M.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 15 ünvanında Şamil Məmmədova məxsus mağazada;
- Ş.Rəhimov küçəsi, ev 51, mənzil 2 ünvanında Nurulla Hüseynova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 177 kiloqramdan çox olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

628