Hava kəskin istiləşəcək
08 noyabr 2010 13:49 (UTC +04:00)

Hava kəskin istiləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, günün birinci yarısında zəif duman, bəzi yerlərdə az çiskin olacağı gözlənilir, cənub küləyi əsəcək. Gündüz 18-20, axşam 13-15 dərəcə isti olacaq.

Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Gecə 10-13, gündüz 19-22 dərəcə isti olacaq.

Noyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 10-12 isti, gündüz 20-24 dərəcə isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 10-12 isti, gündüz 17-19 dərəcə isti olacaq .

Azərbaycanın rayonlarında noyabrın 9-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 15-18 dərəcə isti olacaq.

Noyabrın 10-11-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi noyabrın 10-da gündüz qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Gecə 6-11, gündüz 20-25, 11-də 17-20, dağlarda gecə 4-8, gündüz 16-20, 11-də 13-15 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, mülayim şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar