AMEA Rəyasət Heyətində müşavirə keçirilib
“2011-2016-cı illərdə aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanması haqqında” AMEA prezidentinin sərəncamını və “2010-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarının vaxtında və yüksək səviyyədə icra olunmasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyətində müşavirə keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə AMEA Biologiya Elmləri Bölməsinə daxil olan elmi-tədqiqat institutlarının, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin tabeçiliyində olan elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
“2011-2016-cı illərdə aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanması haqqında” AMEA prezidentinin 25 oktyabr 2010-cu il tarixli sərəncamını şərh edən AMEA Elmi-təşkilat şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əminağa Sadıqov bildirib ki, tabeçiliyindən asılı olmayaraq respublikanın bütün elmi-tədqiqat və ali təhsil müəssisələri 2011-2016-cı illər üçün elmi-tədqiqat işlərinin mövzu planını və 2011-ci il üçün əhatəli planını müəyyən olunmuş formalarda hazırlayaraq 2010-cu il noyabrın 10-dək müvafiq elmi bölmələrə təqdim etməlidirlər.
Əminağa Sadıqov vurğulayıb ki, elmi-tədqiqat mövzularının icra müddəti əsasən üç ilədək, müstəsna hallarda beş ilədək ola bilər. Onun sözlərinə görə, hər bir mövzunun aktuallığı, onun nəzəri və praktiki əhəmiyyəti əsaslandırılmalıdır. Plana daxil edilən mövzular təsdiq olunmuş prioritet və əsas elmi istiqamətlərə uyğun olmalı və konkret nəticələrin alınmasına yönəlməlidir.
Əminağa Sadıqov hesabatlarla əlaqədar bildirib ki, elmi-tədqiqat və ali təhsil müəssisələrinin 2010-cu il üçün hesabatları müəyyən olunmuş qaydada hazırlanmalı, elmi şuraların iclaslarında dinlənilməli, cari ilin dekabrın 15-dək müvafiq elmi bölmələrə və Elmi-təşkilat şöbəsinə təqdim edilməlidir.

706