Bazar xəbərləri: Könlü balıq istəyənin… - SİYAHI
Lent.az-ın məlumatına görə, indi ənənəvi ticarət mərkəzlərinə, yəni kolxoz bazarlarına daha çox alıcı təşrif buyurur. Bunu satıcılar da etiraf edir.
İndi bazarlarda daha çox mövsümi məhsullar təklif olunur. Xüsusi ilə də son vaxtlar balıq və balıq məhsullarının bollaşmasını qeyd etməliyik. İndi 1 kiloluq diri çəki balığını 6-7 manata almaq olar. Həmçinin xırda durnabalığı, karp və çapağın da qiyməti münasibdir. Kiloqramı təxminən 3-4 manat.
Meyvə almaq istəyənlər daha çox alma və narı münasib qiymətə ala bilərlər. Bazarlarda yerli armuda da rast gəlmək olar. Mürəbbə bişirmək həvəsində olanlar isə heyvanın gəlişinə sevinməlidir. Satıcılar deyir ki, rayonlardan az da olsa heyva gətirirlər. Amma bu il bəzi məhsullar kimi heyva da qıtlaşıb. Səbəb kimi isə ağaclara düzgün qulluq edilməməsi və bu meyvənin az gəlirli olması göstərilir.
Bazarlarda mövsümlə əlaqədar sitrus meyvələri kifayət qədərdir. Qiymət isə 1-2 manat arası dəyişir.
Tərəvəzlərə gəlincə, indi daha çox payızlıq pomidor-xiyar satılır. Pomidorun qiyməti əvvəlki kimi bahadır. Yerli pomidorun tamını bilmək istəyənlər 2,5 manatından keçməlidir. Əgər kiloqramda 6-7 ədəd pomidor olduğunu nəzərə alsaq, deməli, bu tərəvəzin 1 ədədinin qiyməti 1 manata yaxındır. Xiyar isə pomidora baxanda şükürlüdür. Yerli payızlıq xiyarın qiyməti 1 manatdan başlayır. Göyərti də bollaşıb. Yağışların nisbətən ara verməsi və havanın stabil olması göyərtinin qiymətində də özünü göstərir. Əvvəllər 25-30 qəpiyə satılan “canlı dəstə”ni indi 20 qəpiyə almaq olar.
Bazarlarda payıza xas olan yerli göbələk də tapmaq olar - kilosu 3-4 manata.
Gündəlik tələbat malları arasında ən çox satılan kartof və soğanın qiymətində ciddi dəyişiklik yoxdur. Satıcılar deyir, indi İran və Türkiyə kartofu gətirənlər artıb. Soğan isə bəzi yerlərdə əvvəlkindən 10 qəpik baha satılır ki, bunu da yerli məhsulun azalması ilə izah edirlər.
Bayramların yaxınlaşması ilə qoz-fındığın da qiyməti yavaş-yavaş artır. İndi bu məhsullar 10-15 gün əvvəlkindən 1 manat baha satılır.
Ətin və toyuq məhsullarının qiymətində isə elə bir dəyişiklik yoxdur.
Ən son bazar qiymətləri:
Kartof (yerli) - 70-80 qəp
Soğan - 70-90 qəp
Pomidor - 2-3 man
Xiyar - 1-2 man
Göyərti - 20 qəp
Alma (yerli) - 0,5 – 1,5 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Armud (yerli) - 1-2 man
Nar - 1-2 man
Mandarin - 1-2 man
Feyxoa - 1,5-2 man
Üzüm (yerli) - 2-3 man
Qoz - 4-4,5 man
Qoz ləpəsi - 8 man
Fındıq - 2,5-3 man
Fındıq ləpəsi - 5 man
Şabalıd - 8-10 man
Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6-7 man
Ət (mal) - 5 man 40 qəp
Yumurta (kənd) - 20 qəp
Yumurta (broyler) - 14-15 qəp
Nizam Rza

1263