Hava küləkli olacaq
06 noyabr 2010 18:00 (UTC +04:00)

Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti barədə məlumat yayıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 6-da Bakı və Abşeron yarımadasında 6-da havanın az buludlu, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Cənub - qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 10-12, günün birinci yarısında 19-22, günün ikinci yarısında 15-17 isti təşkil edəcək. Noyabrın 7-də isə havanın dəyişkən buludlu, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz 18-20 dərəcə isti təşkil edəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu, arabir tutulacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 6-da əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı – ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda isə gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Noyabrın 7-8-də əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-21 dərəcə, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar