Binaların istilik izolyatoru ilə bağlı standart qəbul edildi
06 noyabr 2010 11:48 (UTC +04:00)

Binaların istilik izolyatoru ilə bağlı standart qəbul edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Gilan-TN” MMC tərəfindən işlənmiş “AZS 484-2010” (TS 11989 EN 13164/2003) ”İstilik izolyasiyası məmulatları - binalar üçün - zavod olaraq ekstrüzyonla emal edilən polistrol köpük (XPS). Xüsusiyyətlər” dövlət standartını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standart bu il noyabrın 11-dən tətbiq olunacaq.

Bu standart səthi örtülü və ya örtüksüz halda emal edilən və binalarda istilik izolyatoru üçün istifadə edilən polistren köpük materiallarını əhatə edir. Standart məhsul xüsusiyyətləri ilə təcrübə metodları, uyğunluğun qiymətləndirilməsi, işarələmə və etiketləmə əsaslarını əhatə edir. Bu standartın əhatə dairəsindəki fabrikatlar zavodda istehsal edilmiş istilik izolyator sistemlərində və mürəkkəb panellərdə də istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar