Büdcədən maliyyələşən bəzi təşkilatların işçilərinin aylıq vəzifə maaşlarına əlavələr edilib
05 noyabr 2010 15:32 (UTC +04:00)

Büdcədən maliyyələşən bəzi təşkilatların işçilərinin aylıq vəzifə maaşlarına əlavələr edilib

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-3-cü, 6-7-ci və 9-18-ci əlavələrinə (AMEA Rəyasət Heyəti və aparatının, AMEA-nın Naxçıvan bölməsinin aparatının işçiləri, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin işçiləri, Azərbaycanda Atatürk Mərkəzinin işçiləri, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçiləri, dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçiləri) əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 30 manat, bu qərarın 4-cü, 5-ci və 8-ci əlavələrinə (Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçiləri) əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 38 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə isə 18 manat məbləğində əlavələr ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar