Bakı-Quba yolunda 18 min ağac və kol bitkisi əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun kənarında iməciliklər keçirilərək əlavə vəsait xərclənmədən nazirliyin daxili imkanları hesabına 2010-cu ilin yaz mövsümündə 20 hektar ərazi hamarlanıb, 6000 m3 üzvi gübrə və münbit torpaq gətirilib və 18 min ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin nəzdində yaradılmış işçi qrup tərəfindən əkilmiş ağacların bitiş faizini müəyyənləşdirmək məqsədilə əraziyə baxış keçirilib.
Müəyyən olunub ki, havaların isti və quraq keçməsinə baxmayaraq, mütəmadi suvarma və qulluq işləri nəticəsində əkinlərdə 70 faizdən yuxarı bitiş alınıb. Hazırda ərazi suvarma kanalları vasitəsilə suvarılır və qulluq işləri davam etdirilir.

535