Sumqayıtda 55 binanın zirzəmisinə su yığılıb
05 noyabr 2010 11:02 (UTC +04:00)

Sumqayıtda 55 binanın zirzəmisinə su yığılıb

Hazırda Sumqayıt şəhərində zirzəmisinə su dolmuş 55 bina var. Bu zirzəmilərdən 28-i Mənzil İstismar Sahəsinin balansında olan yaşayış binalarıdır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, sulu zirzəmilərin 2-si cədvəlli, 1-i kooperativ bina, 3-ü yataqxana, 8-i məktəb, 12-si uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Hazırda zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.

İcra Hakimiyyətində bildirirlər ki, bu ilin oktyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar ciddi tədbirlər görülüb. Belə ki, şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə cari və əsaslı təmir işləri aparılması nəticəsində sulu zirzəmilərin sayı əhəmiyyətli şəkildə azalıb.

Hazırda Sumqayıtda sulu zirzəmilərin təmizlənməsi ilə bağlı görülən işlər davam etdirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar