ABU-nun tələbələrinin diplomları hazırdır - EKSKLÜZİV
Bu ilin sentyabrından fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirmiş, lakin diplom ala bilməyən tələbələrə təhsil haqqında sənəd verilib-verilməyəcəyi məsələsi hələ ki açıq qalır.
Təhsil Nazirliyi aparatının baş məsləhətçisi İlyar Vahabov Lent.az-a bildirib ki, test üsulu ilə universitetə daxil olan tələbələrin diplomları artıq hazırdır: “Diplomlar artıq yazılıb, hamısı hazır vəziyyətdədir. Ancaq Elşad Abdullayev gəlib qol çəkməlidir ki, diplomları sahiblərinə çatdıraq”.
Köçürmə yolu ilə ABU-ya daxil olub təhsillərini başa vuran, lakin diplomlarını ala bilməyən məzunların taleyinə gəlincə, İlyar Vahabov deyib ki, hazırda bu məsələyə dair araşdırmalar və məsləhətləşmələr davam edir. Onun sözlərinə görə, bu gün həmin məsələlər təhsil nazirinin göstərişinə uyğun olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müzakirə olunacaq. Təhsilini başa vurmuş həmin məzunların da məsələsinə həftə ərzində aydınlıq gələcəyi gözlənilir.
Elxan SALAHOV

Oxşar yazılar

Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç karvanı yola salındı
14 iyul 2025 , 06:32
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23