18 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Abşeron və Göyçay rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 18 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:
Bakının Nəsimi rayonunda
- M.Rəfili küçəsi, ev 11 ünvanında yerləşən “Güllər market”də;
- 20 yanvar küçəsində “Pərviz market” və “Rəva market”də;
- M.Qaşqay küçəsi, ev 41/16, mənzil 2 ünvanında Emin Vəliyevə məxsus mağazada;
- Azadlıq prospekti, ev 143 ünvanındakı “Həsən market”də;
- Moskva prospekti, ev 58 ünvanında Rəfilə Aslanovaya məxsus mağazada;
- A.Mirqasımov küçəsi, 28 ünvanında yerləşən “Yeni market”də;
- M.Qaşqay küçəsi, ev 52, mənzil 4 ünvanında Elbir Mirağayevə məxsus mağazada;
- S.Vurğun küçəsi,ev 85 ünvanında Xəqani Hümbətova məxsus mağazada;
Nərimanov rayonunda
- X.Şuşinski küçəsi, 60 ünvanında Rövşən Məmmədova məxsus mağazada;
- M.Əlizadə küçəsi, 942-943-cü məhəllədə Yusif Həsənova məxsus mağazada;
- S.Vurğun küçəsi, ev 134 ünvanında Vüsal Məhərrəmliyə məxsus mağazada;
- Təbriz küçəsi, ev 6 ünvanındakı “Təbriz market”də;
- F.Xoyski prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində Əli Fətiyevə məxsus mağazada;
Binəqədi rayonunda
- M.Cəlal küçəsi, 11, mənzil 56 ünvanındakı “Fərid market”də;
- 6-cı mikrorayon, keçid 1410, 3215-ci məhəllədə yerləşən “Rafo martket”də;
- M.Hüseynov küçəsi, 23 ünvanındakı “Osman market”də;
Abşeron rayonunda
- Sulutəpə-Hökməli yolunda yerləşən topdansatış obyektində;
Göyçay şəhərində
- Natavan küçəsində Ruslan Dəmirova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 802 kiloqramdan çox olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

947