Tibb işçiləri sertifikasiyadan necə keçəcək?
04 noyabr 2010 15:35 (UTC +04:00)

Tibb işçiləri sertifikasiyadan necə keçəcək?

Bu zaman namizədlər Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun tələbləri yerinə yetirməlidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası" Nazirlər Kabinetinin 08.06.2010 tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, sertifikasiyadan keçmək istəyənlər nazirlik tərəfindən müəyyən edilmiş formada ərizəni, şəxsiyyət vəsiqəsi və onun surətini, ali və ya orta tibb təhsili haqqında sənədi (diplom ) və onun surətini, əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surətini, kadrlar uçotunun şəxsi vərəqəsini, ixtisasartırma kurslarını keçməsi barədə sənədi və onun surətini, sağlamlıq haqqında arayışı, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkillə birgə təqdim etməlidir.

Bu sənədləri təqdim edən şəxslər sertifikasiyadan keçmək üçün ixtisaslar üzrə test imtahanı verməlidir. Həkimlər və orta tibb işçiləri üçün keçiriləcək test imtahanında istifadə ediləcək nümunəvi suallar toplusu Səhiyyə Nazirliyinin internet saytında yerləşdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar