Azərbaycanda 4 turizm şirkətinin lisenziyası ləğv edilib
04 noyabr 2010 11:27 (UTC +04:00)

Azərbaycanda 4 turizm şirkətinin lisenziyası ləğv edilib

APA-ECONOMICS”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” turizmin xidmət sektorunun səviyyəsinin yüksəldilməsini, ölkəyə turistlərin cəlb olunmasını və s. nəzərdə tutur: “Daxili turizmin əhatə dairəsi də getdikcə genişlənir. Bu ilin yay mövsümündə daxili turizmin çəkisi ötən ilin müvafiq dövrünə nisbətən 25% artıb”.

Ə.Qarayev qeyd edib ki, bu il Azərbaycanda qanunvericiliyin tələblərini pozduğuna görə 4 turizm şirkətinin lisenziyası ləğv edilib: “Hazırda ölkədə 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Onlardan bəzilərinin lisenziya müddəti başa çatıb, amma hələ də yeni lisenziya üçün müraciət etməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar