Oktyabrda istehlak qiymətlər 0,9 faiz bahalaşıb
Yenicə başa çatmış oktyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayı ilə müqayisədə 0,9 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən ay ərzində ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz yüksəlib. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz ucuzlaşıb. Oktyabrda ərzaq məhsullarından buğda ununun, qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, xurmanın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.
Komitənin hesablamalarına görə, ötən ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən düyünün, əlavə toyuq məhsullarının, limonun, portağal və naringinin, almanın, narın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb.
Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı oktyabr ayında yarımyun parçanın, qadın üçün yay yubkasının, qısaqol köynəklərin, inşaat materiallarından su tənzimləyici cihazların, vannaların, sementin qiymətləri ucuzlaşıb.
Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.
Elxan SALAHOV

614