Ədliyyə Nazirliyi elan verdi
Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin dördüncü tərkibinin səlahiyyət müddəti bu il dekabrın 28-də başa çatır.
Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Komitənin fəaliyyəti Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T nömrəli əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış qaydalara əsasən həyata keçirilir.
Buna müvafiq olaraq Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Bununla əlaqədar yuxarıda qeyd olunan sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə respublika Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına cari il dekabrın 10-dək müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04