“MBASK” müştərisinə  10 min manat ödəyib
03 noyabr 2010 10:49 (UTC +04:00)

“MBASK” müştərisinə 10 min manat ödəyib

Şirkətdən Lent.az-a verilən məlumata görə, cari ilin əvvəlindən “MBASK” sığorta şirkəti öz müştərilərinə 2,635 milyon manatdan artıq ödəniş həyata keçirib ki, bunun da 1,791 milyon manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, “Client Care” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, “MBASK” öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı özəl müştərilərə VİP xidməti də göstərir.

Xatırladaq ki, “MBASK” sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında “AXA Group”un törəmə müəssisəsi olan “AXA Seguros Generales” (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 milyon manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar