Qurban Bayramında ət satışı bazarında monitorinq keçiriləcək
Noyabrın 16-17-də müsəlman aləmində, o cümlədən Azərbaycanda Qurban Bayramı qeyd ediləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qurban Bayramı ilə əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək.
Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir.
Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.

528