Atatürk və Milli Kulinariya mərkəzlərinin işçilərini sevindirən qərar
01 noyabr 2010 16:15 (UTC +04:00)

Atatürk və Milli Kulinariya mərkəzlərinin işçilərini sevindirən qərar

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları 80 manatdan 85 manata qaldırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da 80 manatdan 85 manata qalxıb.

Həmin qərarın 8 nömrəli əlavəsi – “cra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə “80” rəqəmi “85” rəqəmi ilə, “85” rəqəmi “90” rəqəmi ilə, “90” rəqəmi “95” rəqəmi ilə əvəz edilib.

Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində isə “80” rəqəmi “85” rəqəmi ilə, “85” rəqəmi “90” rəqəmi ilə, “95” rəqəmi “100” rəqəmi ilə əvəzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar