9 ayda 511 zəhərlənmə hadisəsi olub
2010-cu ilin 9 ayında sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 10044 yeyinti məhsulu nümunəsi orqanoleptik və fiziki-kimyəvi, 6883 nümunə mikrobioloji, 2057 nümunə toksikoloji, 254 nümunə radioloji göstəricilərinə görə laboratoriya müayinələrinə cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, nümunələrin 128-də orqanoleptik və fiziki-kimyəvi, 143-də mikrobioloji, 14-də toksikoloji göstəricilərinə görə normalardan kənara çıxma halları müəyyən olunub. Şadlıq evlərindən götürülmüş 39215 yaxma nümunəsinin 870-də, 1161 soyuq qəlyanaltı nümunəsinin 18-də mikrobioloji çirklənmə aşkarlanıb.
Nazirlikdə bildirirlər ki, ötən 9 ayda sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1042 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Həmçinin 635 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib və 427 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
2010-cu ilin 9 ayı ərzində əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələrdə 582 nəfər zərərçəkən, o cümlədən 11 botulizm hadisəsi baş verib, 25 nəfər zərərçəkən olub.
Elxan SALAHOV

560