“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb - FOTO
29 oktyabr 2010 17:00 (UTC +04:00)

“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb - FOTO

Qafqaz Universiteti tələbələrinin “Barama” innovasiya mərkəzindəki staj proqramı başa çatıb. Lent.az-ın məlumatına görə, universitetin 10 tələbəsi “Azercell”in bu unikal proqramı çərçivəsində geniş araşdırma aparıblar.

Onlar 2 həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar. Proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyələrini hazırlayıblar.

Xatırladaq ki, proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyələrini “Azercell Telekom” MMC-nin nümayəndələrinə təqdim ediblər. Təqdimat mərasimindən sonra proqram iştirakçıları araşdırmanın gedişi və nəticələri ilə bağlı sualları cavablandırıblar.

Mərasimdə çıxış edən “Azercell”in Strategiya və Biznesin İnkişafı şöbəsinin rəhbəri Aqşin Hacıyev bu staj proqramının tələbələrlə yanaşı, şirkət üçün də faydalı olduğunu bildirib: “Apardığınız araşdırmanın nəticələri çox maraqlı və faydalıdır. İnanıram ki, tədqiqat işinin sonunda ortaya çıxardığınız nəticələr və verdiyiniz tövsiyyələr şirkətimizin fəaliyyətində nəzərə alınacaq”.

Tədbirin sonunda Qafqaz Universitetinin tələbələri diplomlarla təltif olunublar.

“Barama” layihəsi “Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə reallaşır. Bu ofisdə İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclər öz təklif və ideyalarını gerçəkləşdirə bilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar