Azərbaycanda 1 milyon 287 min pensiyaçı var
Oktyabr 1-dək Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edib.
Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əmək pensiyası alan şəxslərin 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır.
Səlim Müslümov bildirib ki, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir. Onun sözlərinə görə, DSMF-nin 2010-cu ilin 9 ayında gəlirləri 1275,1 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 127,9 milyon manat və ya 11,1 faiz çoxdur. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 27,7 milyon manat artaraq 776,7 milyon manat təşkil edib. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 milyon manat olub.
Elxan SALAHOV

659