Futbolçular da sosial sığorta haqları ödəyəcək
Yaxın vaxtlarda Azərbaycanda müxtəlif komandalarda təmsil olunan futbolçular da sosial sığorta haqları ödəməli olacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, artıq Peşəkar Futbol Liqasında olan futbolçuların siyahısı hazırlanıb. Həmçinin onların aldığı əməkhaqqı barədə məlumatlar da toplanıb və bu barədə müvafiq qurumlarla məsləhətləşmələr aparılır.
Səlim Müslümov deyib ki, futbolçuların sosial sığorta haqlarının ödənişinə cəlbi üçün hazırlıq işləri başa çatdıqdan sonra toplanmış sənədlər AFFA-ya da göndəriləcək. Futbolçuların sosial sığorta ödənişlərinə cəlb olunması işinin isə ilin sonunadək tam şəkildə başa çatdırılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26