581 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və müsahibə elan edildi
29 oktyabr 2010 09:39 (UTC +04:00)

581 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və müsahibə elan edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 oktyabr tarixindən 74 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 581 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və müsahibə elan edir.

Komissiyadan Lent.az-a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 447-si müsabiqəyə, 134-ü isə müsahibəyə çıxarılır.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

- Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;

- Qanunvericilik sahəsində;

- İnformasiya texnologiyaları sahəsində;

-Məntiqi düşünmə qabiliyyəti sahəsində.

İmtahana hazırlaşmaq üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.



Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin dövlət orqanları üzrə sayı

S/s Mərkəzi icra hakimiyyəti orqanı Vakansiya
1 Dövlət Sosial Müdafiə Fondu 210
2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 50
3 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 15
4 Dövlət Mülki Aviasiya Administrasiyası 5
5 Sənaye və Energetika Nazirliyi 4
6 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1

S/s Məhkəmə orqanlari Vakansiya
1 Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə 12
2 Bakı Apellyasiya Məhkəməsi 10
3 Şəki Apellyasiya Məhkəməsi 10
4 Gəncə Apellyasiya Məhkəməsi 4
5 Sumqayıt Apellyasiya Məhkəməsi 1
6 Şirvan Apellyasiya Məhkəməsi 1
7 Mingəçevir şəhər Məhkəməsi 3
8 Bakı şəhər Suraxanı rayon Məhkəməsi 6
9 Bakı şəhər Xəzər rayon Məhkəməsi 4
10 Bakı şəhər Qaradağ rayon Məhkəməsi 3
11 Gəncə şəhər Kəpəz rayon Məhkəməsi 4
12 Gəncə şəhər Nizami rayon Məhkəməsi 2
13 Bərdə rayon Məhkəməsi 4
14 Xaçmaz rayon Məhkəməsi 4
15 Lənkəran rayon Məhkəməsi 4
16 Şəki rayon Məhkəməsi 4
17 Astara rayon Məhkəməsi 3
18 Cəlilabad rayon Məhkəməsi 3
19 İmişli rayon Məhkəməsi 3
20 Quba rayon məhkəməsi 3
21 Masallı rayon Məhkəməsi 3
22 Naftalan rayon Məhkəməsi 3
23 Neftçala rayon Məhkəməsi 3
24 Zaqatala rayon Məhkəməsi 3
25 Abşeron rayon Məhkəməsi 2
26 Ağcabədi rayon Məhkəməsi 2
27 Ağdaş rayon Məhkəməsi 2
28 Beyləqan rayon Məhkəməsi 2
29 Daşkəsən rayon Məhkəməsi 2
30 Goranboy rayon Məhkəməsi 2
31 Göyçay rayon Məhkəməsi 2
32 Hacıqabul rayon Məhkəməsi 2
33 Kürdəmir rayon Məhkəməsi 2
34 Qəbələ rayon Məhkəməsi 2
35 Qusar rayon Məhkəməsi 2
36 Sabirabad rayon Məhkəməsi 2
37 Şəmkir rayon Məhkəməsi 2
38 Tərtər rayon Məhkəməsi 2
39 Tovuz rayon Məhkəməsi 2
40 Yevlax rayon Məhkəməsi 2
41 Ağsu rayon Məhkəməsi 1
42 Balakən rayon Məhkəməsi 1
43 Cəbrayıl rayon Məhkəməsi 1
44 Göygöl rayon Məhkəməsi 1
45 Xocalı rayon Məhkəməsi 1
46 Xocavənd rayon Məhkəməsi 1
47 Kəlbəcər rayon Məhkəməsi 1
48 Qax rayon Məhkəməsi 1
49 Qazax rayon Məhkəməsi 1
50 Qobustan rayon Məhkəməsi 1
51 Qubadlı rayon Məhkəməsi 1
52 Lerik rayon Məhkəməsi 1
53 Oğuz rayon Məhkəməsi 1
54 Saatlı rayon Məhkəməsi 1
55 Samux rayon Məhkəməsi 1
56 Şabran rayon Məhkəməsi 1
57 Şamaxı rayon Məhkəməsi 1
58 Yardımlı rayon Məhkəməsi 1
59 Zərdab rayon Məhkəməsi 1
60 Füzuli Hərbi Məhkəməsi 3
61 Gəncə Hərbi Məhkəməsi 3
62 Tərtər Hərbi Məhkəməsi 2
63 Gəncə Yerli İqtisad Məhkəməsi 2
64 Şəki Yerli İqtisad Məhkəməsi 1

Müsahibəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin dövlət orqanları üzrə sayı

S/s Mərkəzi icra hakimiyyəti orqanı Vakansiya
1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 63
2 Dövlət Sosial Müdafiə Fondu 55
3 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 7
4 Sənaye və Energetika Nazirliyi 1

S/s Məhkəmə orqanı Vakansiya
1 Gəncə şəhər Nizami rayon Məhkəməsi 4
2 İsmayıllı rayon Məhkəməsi 1
3 Kəlbəcər rayon Məhkəməsi 1
4 Laçın rayon Məhkəməsi 1
5 Ucar rayon Məhkəməsi 1
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3796

Oxşar yazılar