ADU-nun dosenti ABŞ universitetində mühazirə oxuyub
Lent.az-ın məlumatına görə, universitetin ingilis dili departamenti, incəsənət mərkəzi və qadın təşkilatları mərkəzinin təşəbbüsü və dəvəti ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycan haqqında məlumatların əks olunduğu 15 dəqiqəlik sənədli film nümayiş olunub. Sonra Azərbaycan ədəbiyyatı və mədəniyyəti, eləcə də Xurşidbanu Natavan və Emili Dikensen (ABŞ) yaradıcılığının müqayisəli təhlilini əhatə edən bir saatlıq mühazirə dinlənilib.
Sonda mühazirəçi Azərbaycan haqqında, Azərbaycanda qadın yazıçıların həyatı barədə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin dosenti, filologiya elmləri namizədi Şəhla Nağıyeva hazırda ABŞ dövlət departamentinin maliyyələşdirdiyi Fulbrayt proqramı çərçivəsində ABŞ-ın nüfuzlu Corc Meyson Universitetində tədqiqat aparır. O, bir neçə il əvvəl həmin proqramın qalibi kimi Şərqi Karolina Universitetində tədqiqat aparmışdı.

1552