Bakı Şəhər Onkoloji Dispanseri bağlandı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, müəssisə artıq fəaliyyətini tam dayandırıb. Onun sözlərinə görə, dispanserin işçiləri çox qısa müddət ərzində işlə təmin ediləcək, xəstələr isə digər müəssisələrə köçürüləcəklər: “Dispanserin həm həkim heyəti, həm də orta tibb işçilərinin hamısı nazirlik tərəfindən işlə təmin ediləcək. İşçilər Bakı şəhərindəki səhiyyə müəssisələrində öz ştatlarına uyğun işlə təmin olunacaqlar. Onların işlə təmini məsələsi ən qısa zamanda həll ediləcək. Bircə nəfər də işsiz qalmayacaq. Əmək haqqının ödənilməsində də onlar üçün heç bir problem yaranmayacaq”.
A. Qədirli ölkədəki digər onkoloji tipli müəssisələr üçün analoji tədbirin gözlənilmədiyini də söyləyib.
Qeyd edək ki, dispanserin bağlanmasına əsas kimi onun təkrarlanan müəssisə olması göstərilir.
A. Qədirli ölkədəki digər onkoloji tipli müəssisələr üçün analoji tədbirin gözlənilmədiyini də söyləyib.
Qeyd edək ki, dispanserin bağlanmasına əsas kimi onun təkrarlanan müəssisə olması göstərilir.
667