Gənclər üçün Təhsil Mərkəzi ali məktəblərdə görüşlərə başladı
28 oktyabr 2010 13:55 (UTC +04:00)

Gənclər üçün Təhsil Mərkəzi ali məktəblərdə görüşlərə başladı

Əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.

Bu gün ilk görüş Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilib. Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsinin məsul əməkdaşı Şahin Məhəmmədov görüş iştirakçılarına dolğun məlumatlar verib, Mərkəzin tələbələrlə əməkdaşlıq imkanlarından danışıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara zəruri informasiya materialları paylanıb.

Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq “Tələbə Qrant Proqramı” vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirib, ilk və pulsuz paylanan “Tələbə” qəzetini buraxmış, tələbə radiosunun yaradılmasına kömək etmiş və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar