Xocalı və Qarabağ məktəblərdə yad olunacaq
28 oktyabr 2010 13:45 (UTC +04:00)

Xocalı və Qarabağ məktəblərdə yad olunacaq

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 276 saylı məktəbdə Qarabağ faciəsi və Xocalı soyqırımı zamanı şəhid olan ərənlərimizin xatirəsinə həsr olunmuş görüş keçirib. İctimai Birliyinin sədri Şamil Sabiroğlu Lent.az-a bildirib ki, rəhbərlik etdiyi qurumun tədbirlər planına uyğun olaraq, 2010-2011-ci illərdə Bakı şəhərindəki orta ümumtəhsil, orta ixtisas və ali məktəblərində Qarabağ faciəsi və Xocalı soyqırımı zamanı şəhid olan insanların xatirə gecələri, sağ qalan şəxslərlə görüşlər keçirməyi planlaşdırır. Onun sözlərinə görə, tədris ili ərzində orta məktəblərdə 25, kolleclərdə 3, ali məktəblərdə isə vətənpərvərlik mövzusunda 5 tədbir keçiriləcək. Bu tədbirlər Bakı şəhəri üzrə Baş Təhsil İdarəsi ilə razılaşdırılıb.

276 saylı orta məktəbdə keçirilən tədbiri təhsil müəssisəsinin direktoru Bəhram Şiriyev açıb. Mərasim Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başlayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Qarabağ İctimai Forumunun idarə heyətinin sədri Umud Rəhimoğlu, şair Bəhmən Laçınsız, Xocalıdan olan məcburi köçkün Nazim Hüseynov, şəhid Vaqif Salmanovun oğlu Hikmət Salmanzadə çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun qaldırılmasından, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün belə tədbirlərin əhəmiyyətindən danışıblar. Döyüş bölgəsində şahidi olduqları ağrılı-acılı və kövrək xatirələrdən danışıblar.

Bakı şəhəri üzrə Bakı Təhsil idarəsinin məsul məsləhətçisi Yaqut Məmmədova vətənpərvərlik ruhunda keçirilən tədbirlərin mühüm əhəmiyyətini qeyd edib. Rəsmi hissənin sonunda məktəblilər maraqlı ədəbi-bədii kompozisiya ilə tədbir iştirakçıları qarşısında çıxış etdilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar