“Planetimizi tanıyaq” adlı layihə start götürür
28 oktyabr 2010 12:19 (UTC +04:00)

“Planetimizi tanıyaq” adlı layihə start götürür

Təşkilatdan Lent.az-a verilən məlumata görə, “Yaşıl düşün” layihəsindən sonra ARDNŞ və “Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” İctimai Birliyi ilə yeni ekoloji layihəyə start verilir. “Planetimizi tanıyaq” adlı layihənin əsas məqsədi gənclərin bu istiqamətdə maarifləndirilməsi, ekoloji problemlər və onların həlli barədə məlumatlandırılmasından ibarətdir.

Noyabr ayından start götürəcək layihə çərçivəsində ölkənin 20 ali məktəbində interaktiv mühazirələrin keçirilməsi, iştirakçılarla Neft Daşları və Qala qəsəbəsində yerləşən ekoparka ekskursiyaların təşkili, mühazirələrin toplanıldığı Azərbaycan dilli portalın yaradılması nəzərdə tutulur. Layihə iştirakçılarının Neft Daşlarına və ekoparka ekskursiyasını isə ARDNŞ reallaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar