“Beynəlxalq müşahidəçilərin Azərbaycana gəlməsində heç bir problem yoxdur”
28 oktyabr 2010 11:59 (UTC +04:00)

“Beynəlxalq müşahidəçilərin Azərbaycana gəlməsində heç bir problem yoxdur”

“Beynəlxalq müşahidəçilərin seçki prosesini izləmək üçün Azərbaycana gəlməsində heç bir problem yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, seçkilərin gedişini izləmək üçün Azərbaycana gələcək bütün beynəlxalq müşahidəçilərin, o cümlədən KİV nümayəndələrinin, ATƏT, Avropa Şurası, Avropa Parlamenti müşahidə missiyalarının, ayrı-ayrı ölkələrin MSK və parlament nümayəndə heyətlərinin üzvlərinə vizaların verilməsi və digər məsələlər həll olunub: “Ümumiyyətlə, xarici vətəndaşların Azərbaycana gəlməsi ilə bağlı heç bir problem yoxdur. Sadəcə biz bu məsələdə qayda-qanun yaratdıq. Əvvəllər xarici ölkələrdə bizim səfirliklərimiz, konsulluqlarımız ola-ola xarici ölkə vətəndaşları birbaşa Azərbaycana gəlir və hava limanında viza alırdılar. Bu səbəbdən hesab edirik ki, Azərbaycanın səfirliklərinin, konsulluqlarının fəaliyyət göstərdiyi ölkələrin vətəndaşları bu strukturların imicinə müvafiq olaraq onlara müraciət etməli, o qurumlardan viza almalı və normal qaydada ölkəyə giriş-çıxışı həyata keçirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar