Yaşıllıqların mühafizəsinə dair 95 müraciət
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu ilin III rübü ərzində “Qaynar xətt”ə 95 müraciət daxil olub.
Nazirliyin əməkdaşları həmin müraciətlər əsasında yerində araşdırma apararaq müvafiq tədbirlər görüblər. Müraciətlərdən 4-ü Bakı şəhərindən (Səbail, Binəqədi, Sabunçu və Nərimanov rayonları), 1-i Biləsuvardan, 1-i Şəki, 1-i Yevlax və digər rayonlardan daxil olub. Ağacların kəsilməsi ilə bağlı daxil olmuş 9 şikayət ilə əlaqədar qeyd olunmuş ərazilərə baxış keçirilib və heç bir ağac qırıntısı faktı aşkar olunmayıb.
Bundan başqa, ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olmuş 78 şikayətdən 6-da ağacların aşdığı və aidiyyəti qurumlar tərəfindən doğranaraq daşındığı müəyyən edilib, 6 müraciət üzrə ağacların təhlükə yaratması barədə faktlar təsdiqlənməyib. 10 şikayət zənglərinə müvafiq olaraq, qovaq ağaclarının köküstə quruması müşahidə olunub və təhlükə yaradacağı təsdiq olunaraq əvəzinə bir neçə gənc və uzunömürlü ağac əkilməsi şərti ilə kəsilməsi məqsədəmüvafiq hesab edilib.
Elxan SALAHOV

655