46 nəfər istehsalat xəsarətindən ölüb
2010-cu ilin 9 ayı ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən 2 min 250 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti aparılıb. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dair 7 min 43 qanun pozuntusu aşkarlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlindən verilən məlumata görə, bu pozuntulara ticarət və ictimai iaşədə (2110), sənayedə (1251), mənzil-kommunal xidmətində (594), elm, təhsil, mədəniyyətdə (638), tikintidə (528) daha çox rast gəlinib. Hesabat dövründə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 6 min 160 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkarlanmış inzibati xətalara görə işəgötürənlər 667 min 300 manat məbləğində cərimə olunub.
Vətəndaşlardan daxil olmuş 2 min 24 ərizə araşdırılıb və nəticədə onlara 5 milyon 959 min 794 manat gecikdirilmiş ödənclərin ödənilməsi təmin edilib Həmçinin işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyən edilmiş 52 nəfər əvvəlki işinə qaytarılıb.
Bu ilin yanvar-sentyabr aylarında istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 166 bədbəxt hadisədə 46 nəfər dünyasını dəyişib. Bu hadisələrdə 135 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xatırladaq ki, ötən ilin 9 ayında istehsalatda baş vermiş 192 bədbəxt hadisə nəticəsində 49 nəfər ölmüşdü.
Elxan SALAHOV

Oxşar yazılar

Leysan yağacaq - SABAHIN HAVASI
27 aprel 2025 , 12:25
Tapılan qızlar sığınacağa yerləşdirildi
27 aprel 2025 , 11:02
Tofiq Yaqublu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb
27 aprel 2025 , 04:33DİQQƏT: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
27 aprel 2025 , 01:52
Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
26 aprel 2025 , 18:41Növbəti iki ildə maqnit qasırğaları daha az olacaq - İDDİA
26 aprel 2025 , 16:05
Pəncərəni açıb yatmaq – Sağlam yuxuya fayda, yoxsa gizli təhlükə?
26 aprel 2025 , 13:49