Nazirliyin 13 nümayəndəsi 50 rayona ezam olunub
27 oktyabr 2010 12:01 (UTC +04:00)

Nazirliyin 13 nümayəndəsi 50 rayona ezam olunub

Təhsil Nazirliyinin və təhsil müəssisələrinin nümayəndələrindən ibarət bir qrup mütəxəssis ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün şəhər və rayonlara ezam olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ezamiyyət təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq, oktyabrın 19-dan 26-dək davam edib. Bu müddət ərzində nazirliyin müəyyən etdiyi 13 məsul şəxs şəhər və rayonlarda şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb. Həmçinin şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar Rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.

Xatırladaq ki, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə aparılan təlimat işi 50 şəhər və rayonu əhatə edib. Hər bir nümayəndə minimum 2, maksimum 8 rayonda yoxlama və buraxılış imtahanlarına dair təlimat işləri aparıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar