Növbəti buraxılış imtahanlarının vaxtı açıqlandı
Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, əmrə əsasən, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci il fevralın 13-dən aprelin 17-dək olacaq.
Əmrə əsasən, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları
- Bakı şəhərində fevralın 13-də;
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında fevralın 20-də;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında martın 13-də;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında martın 27-də;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında aprelin 3-də;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında aprelin 10-da;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında aprelin 17-də;
- peşə liseylərində fevralın 27-də keçiriləcək.
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə olacaq. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılır və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılır.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları isə
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında iyunun 2-də;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında iyunun 4-də;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında iyunun 7-də;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında iyunun 10-da;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında iyunun 13-də;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında iyunun 16-da;
- Bakı şəhərində iyunun 17-də;
- peşə liseylərində isə aprelin 24-də keçiriləcək.
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində təşkil olunacaq.
Əmrdə deyilir ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətlərə əsaslanacaq.
Elxan SALAHOV

1629