Məktəblilərə vətənpərvərlik təlimləri keçiləcək
26 oktyabr 2010 20:02 (UTC +04:00)

Məktəblilərə vətənpərvərlik təlimləri keçiləcək

Oktyabrın 27-də “Demokratiya və Milli Dəyərlər” İctimai Birliyinin mətbuat konfransı keçirildi. Birlik sədri Əli Cəfərov ictimai birliyin Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şagirdlərdə vətən sevgisi və əxlaqi dəyərlərin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda, sinifdən kənar iş mahiyyətli layihə barədə məlumat verdi.
Belə ki, 5 ay müddətinə nəzərdə tutulan bu layihənin icrası Pişəvəri adina Respublika Humanitar fənlər gimnaziyasında və Xətai rayon 263 saylı orta məktəbdə həyata keçiriləcək və sinifdənkənar iş şəklində keçiriləcək təlimlərdə 200 nəfər içindən seçilən 45 şagird iştirak edəcək.
Ə.Cəfərov onu da qeyd etdi ki, 3 ayı təlimlər üçün nəzərdə tutulan layihədə təlimçi vəzifəsini Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat üzrə müəllimi Nadir Həsənov həyata keçirəcək və təlimlərdə əsasən Mir Cəlal Paşayevin əsərlərindəki vətən və əxlaq məsələlərinə toxunulacaq. Hər biri 15 nəfərlik olan və əsasən 9-11 sinif şagirdlərindən ibarət 3 qrupa ümumilikdə 9 təlim keçiləcək. Təlimlərin sonunda, şagirdlərin təlimləri mənimsəmə səviyyəsini öyrənmək məqsədi ilə testlər olacaq və inşalar yazdırılacaq. Təşkilat sədrinin sözlərinə görə, təlimlər bitəndən sonra, ümumi hesabat xarakterli mətbuat konfransı və eləcə də tanınmış ziyalıların iştirakı ilə dəyirmi masalara keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar