Bakıda “Güneş Kardeşlər”in rahat lukumu saxta çıxdı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 4 ünvanında Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 527 kq “Güneş Kardeşlər” adlı rahat lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və həmin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan başqa, yoxlama zamanı müəssisədə saxlama müddəti ötmüş 123,9 kq qənnadı məhsulları, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan 125 kq paxlava, rahat lukumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 2500 ədəd qablaşdırma materialları aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, rahat lukumun istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilmiş bu malların ticarət şəbəkəsindən geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş qablaşdırma materiallarından istifadənin dayandırılması, habelə mənşəyi bəlli olmayan paxlavanın, saxta rahat lukumun və saxlama müddəti ötmüş qənnadı məhsullarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilməsi barədə Turan Günəşə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir.

Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03