Mətbuat Şurası ilk dəfə bir sayta xəbərdarlıq etdi
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
İclasda əvvəlcə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlının “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bağlı müraciətinə baxılıb. Komissiya iddiaçının “Azadlıq” qəzetinə qarşı şikayətini müzakirə edərkən belə rəyə gəlib ki, nəşr narazılıq doğuran yazıda qarşı tərəfin mövqeyini nəzərə almayıb, bununla da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsipini pozub. KİV-ə qarşıdakı fəaliyyətində belə məsələlərə münasibətdə həssas olmağı tövsiyə edilib.
“Yeni Müsavat” qəzetinə gəlincə, komissiya mətbu orqanın «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlının “Facebook” şəbəkəsində yer alan fikirlərini səhifəsinə çıxartdığını və eyni materialda buna münasibət də öyrəndiyini nəzərə alıb. Bununla belə, seçki dövrü olduğundan konkret namizədlə bağlı yazıda qəzetin onun özünə də istinadının vacibliyi vurğulanıb və nəşrə bu barədə tövsiyə verilməsi rəyinə gəlinib.
İclasda müzakirə edilən növbəti məsələ ilə bağlı yekdil rəy bundan ibarət olub ki, ölkədə fəaliyyət göstərən çoxsaylı saytlar ictimaiyyət tərəfindən informasiya mənbəyi kimi qəbul olunurlar, KİV-lərin bir çoxu onların materiallarına istinad edir. Saytlarda işıq üzü görən peşəkarlıqdan kənar materialların Mətbuat Şurasında müzakirəsi onların məsuliyyətinin artmasına dəstək olardı. Komissiya “blogexeber.az” saytı ilə əlaqədar şikayəti bu baxımdan araşdıraraq belə rəyə gəlib ki, bu sayt Sabirabad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi barədə araşdırılmamış material dərc edib. Həmin materialda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alıb. Mövcud olmayan şəxsə istinadən tənqidi fikirlər verilib.
İclasda saytın fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər məqamların mövcudluğu da vurğulanıb. Buna görə də sayta Mətbuat Şurasının ilkin xəbərdarlığı elan edilib və məsələ ilə əlaqədar şikayətçi tərəfin mövqeyini dərc etməsi, ondan üzr istəməsi tövsiyə olunub.
“Milli qəhrəmanlar” qəzetinin “Milli qəhrəmanlar zirvəsi” qəzetinə qarşı şikayətinə baxılarkən burada plagiat əlamətlərinin olduğu müəyyənləşdirilib. İkinci mətbu nəşrdəki zirvəsi” sözü çətinliklə seçiləcək səviyyədə təqdim olunur. Bununla yanaşı, orada gedən bir sıra materiallarda qəzetin adı yanlışlıqla “Milli qəhrəmanlar” kimi göstərilib. Məsələ ilə bağlı fikirlərini bölüşən “Milli qəhrəmanlar zirvəsi” qəzetinin rəhbərliyi iradlarla razılaşaraq bu cür halların aradan qaldırılacağını bildirib.

719